"Peşə, ixtisas və onların seçimi" mövzusunda seminar
Yanvarın 16 - da orta məktəbdə IX a sinif şagirdlərinin iştirakı ilə "Peşə, ixtisas və onların seçimi" mövzusunda seminar keçirildi. Məqsəd: Şagirdlərə peşə seçimində düzgün istiqamət verərək, onları müasir dövrümüzdə tələbat olan peşələrə yönəltməkdən ibarətdir. Psixoloqlar Nağıyeva Ruhiyyə və Mirzəyeva Elvira müxtəlif peşələr üçün vacib olan keyfiyyətlər, peşə fəaliyyəti sahələri haqqında şagirdlərə məlumat və zəruri tövsiyələr verdilər. Təqdimat nümayiş olundu, suallar cavablandırıldı.