"Sağlam qida- sağlam həyat!" mövzusunda maarifləndirici tədbir

Dekabrın 28 - də məktəbdə 2 a və 3 c ST sinif şagirdlərinin iştirakı ilə "Sağlam qida- sağlam həyat!" mövzusunda maarifləndirici tədbir keçirildi.Psixoloq Nağıyeva Ruhiyyə qeyd etdi ki, sağlam həyat tərzi gümrah yaşamağı və xəstəliklərdən uzaq olmağı nəzərdə tutur. Düzgün qidalanma sağlam həyat tərzinin ilkin şərtlərindən biridir, çünki vitamin, mikroelement, həyat enerjisini qidalardan alırıq. Bunu nəzərə alaraq kalorili, faydalı və ekoloji cəhətdən təmiz qidalar qəbul edilməsinə xüsusi fikir vermək lazımdır. "Sağlam Təhsil - Sağlam Millət " layihəsinin metodisti Nurullayeva Elfira maarifləndirici işin əhəmiyyəti haqqında söhbət açdı. Tibb bacısı Quliyeva Püstə yoluxucu xəstəliklərlə mübarizə düzgün qidalanmanın vacibliyini bildirdi və xəstəliklərdən qorunmağın yolları haqqında söhbət açdı. Psixoloq Mirzəyeva Elvira qida qəbulu zamanı hansı qaydalara əməl etmək lazım olduğu haqqında danışdı. Şagirdlər mövzu ilə bağlı təqdimatlar hazırladılar, onların çıxışları dinlənildi, müzakirə aparıldı. Təqdimat və videoçarx nümayiş olundu, suallar cavablandırıldı və şagirdlərə tövsiyələr verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi