"Gigiyena sağlamlığın əsasıdır! " mövzusunda psixoprofilaktik iş
Dekabrın 28 - də məktəbdə II"c" ST sinfində "Gigiyena sağlamlığın əsasıdır! " mövzusunda psixoprofilaktik iş keçirilib. Psixoloq qeyd etdi ki, gigiyena insan sağlamlığını qorumaq haqqında elmdir, gigiyena qaydalarına əməl etmək yoluxucu xəstəliklərdən qoruyur. Sinir sistemini qorumaq üçün təmiz havada gəzmək, düzgün qidalanmaq, idmanla məşğul olmaq və digər şərtlər haqqında şagirdlərə məlumat verildi. Şagirdlər də mövzu ilə bağlı öz fikirlərini bildirdilər.