BŞTİ tərəfindən monitorinqlər keçirilir
Dekabrın 27 - də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyinin göstərişinə müvafiq olaraq məktəbin 7 və 9 - cu sinflərinin ana dili, riyaziyyat və xarici dil fənləri üzrə 5 - 7-cı sinflər səviyyəsində biliklərini ölçmək məqsədi ilə monitorinq keçirildi. Monitorinq sualları şagirdlərə 2 variantda təqdim edildi. Monitorinq 2,5 saat (150 dəqiqə) davam edəcək. Aparılan monitorinqin məqsədi şagirdlərin buraxılış fənlər üzrə mövcud çatışmazlıqlarını aşkarlamaq və bu istiqamətdə onlara köməklik göstərməkdir.