"Mən kiməm?" mövzusunda dərs
Dekabrın 23 - də məktəbdə 1 a ST sinfində Təsviri incəsənət fənni üzrə "Mən kiməm?" mövzusunda dərs izlənildi. Şagirdlər rəngli kağızlardan sadə formalı insan sifətinin aplikasiyasını düzəldiblər. Sonra şagirdlər verilmiş müxtəlif quruluşda olan sifətlərindən ibarət təsvirləri məharətlə izah etdilər. Sinifdə psixoloji iqlim mülayim idi, şagirdlər tam sərbəst özlərini ifadə etdilər.