Breyn-Rinq
"Məktəbin illik fəaliyyət planı"na əsasən Sağlam Təhsil-Sağlam Millət" layihəsi üzrə 3"A", 3"B", 3"C" sinif şagirdləri arasında "Breyn-Rinq" zəka yarışması keçirildi. Məqsəd şagirdlərin idrak sferasını inkişaf etdirmək, təlim motivasiyasını yüksəltmək idi. Komandalar tapşırıqları çox fəal yerinə yetirdilər. Oyun yeddi raunddan ibarət idi. Şagirdlərin yaş xüsusiyyətini nəzərə alaraq müsabiqədə məntiq, təfəkkür, təxəyyül, emosiyalar və digər suallar verilib.Tədbirdə şagirdlərin əl işləri nümayiş olunub.