"Erkən nikah və onun qarşısının alınması yolları" mövzusunda maarifləndirici seminar
Dekabrın 14 - də məktəbin psixoloqu Mirzəyeva Elvira İllik Fəaliyyət Planına uyğun olaraq 9 - cu sinif şagirdlərinin iştirakı ilə "Erkən nikah və onun qarşısının alınması yolları" mövzusunda maarifləndirici seminar təşkil etdi.Psixoloq maarifləndirici seminar zamanı şagirdlərə erkən nikahın psixoloji, fizioloji, sosioloji fəsadları haqqında məlumat verdi. Şagirdlər erkən nikah halları ilə rastlaşdıqda kimlərə və hara müraciət edəcəyi barədə məlumatlandırıldılar. Sonda videoçarx və təqdimat nümayiş olundu. Şagirdlərin sualları cavablandırıldı, fikir mübadiləsi aparıldı.