"İntiharın profilaktikası" mövzusunda maarifləndirici seminar

Dekabrın 14 - də məktəbdə VIII - XI sinif şagirdlərinin, müəllim və valideynlərin iştirakı ilə "İntiharın profilaktikası" mövzusunda maarifləndirici seminar keçirildi. Şagirdlərin yaş səviyyəsini nəzərə alaraq psixoloqlar Nağıyeva Ruhiyyə və Mirzəyeva Elvira yeniyetməlik yaşının psixoloji xüsusiyyətləri, yeniyetməlik böhranı haqqında məlumat verdilər. İntihar risklərinin dəyərləndirərkən nələrə diqqət etmək vacib olduğunu, qoruyucu təsirlər, diqqət edilməli məqamlara da toxunuldu. Təqdimat nümayiş olundu, suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi