Məktəbdaxili monitorinqlər davam edir
Dekabrın 2 - də Məktəbin illik Fəaliyyət Planına əsasən şagird nailiyyətlərinin izlənilməsi məqsədilə növbəti monitorinq təşkil olundu. Bu dəfə 8 - ci sinif şagirdlərinin ana dili fənni üzrə bilikləri sınağa çəkildi. Şagirdlərə açıq və qapalı tipli test tapşırıqları təqdim olundu.