Şagirdlərin mütaliə marağının artırılması.
Məktəbin illik fəaliyyət planına uyğun olaraq şagirdlərin mütaliə marağının artırılması,mütaliə vərdişlərini formalaşdırmaq və dünyagörüşünü inkifaf etdirmək məqsədilə 8-ci siniflərlə kitabxanada Nizami Gəncəvinin"Sirlər Xəzinəsi"poemasının mütaliəsi və sonra bu mövzuda müzakirəsi təşkil olundu.Şagirdlər müzakirəni təşkil edən ana dili müəlliməsi Günay Zeynalovaya bir sıra suallarla müraciət etdilər.Gunay Zeynalova əsərdə şagirdlərə qaranlıq qalan məqamlara aydınlıq gətirdi.