Psixodiaqnostik iş
Noyabr ayı ərzində məktəbin psixoloqu Mirzəyeva Elvira 3 d , 4 ç, 4 e, 4ə, 4 i sinif şagirdləri ilə psixoemosional vəziyyəti tədqiq etmək üçün "Təyyarə" çalışması etmişdir. Şagirdlər vərəqlərə arzularını qeyd etdikdən sonra həmin vərəqlərlə təyyarə düzəltmişlər. Şagirdlər sinfi ip vasitəsi ilə iki yerə bölərək tapşırığı yerinə yetirmişlər.
Çalışmanı yerinə yetirməkdə məqsəd şagirdlərdə müsbət emosiyalar yaşatmaq, pozitiv istəklərini dilə gətirmək, yazmaq üçün şərait yaratmaq, qrupda müsbət emosiyalar, ünsiyyət və enerjinin yaradılması idi.