"Emosiyalar və sağlamlıq" mövzusunda psixoprofilaktik iş

Noyabrın 28 - də məktəbdə psixoloq Nağıyeva Ruhiyyə V b sinif şagirdlərinin iştirakı ilə "Emosiyalar və sağlamlıq" mövzusunda psixoprofilaktik iş keçirtdi. Şagirdlərə müxtəlif emosiyalar və onların insan sağlamlığına təsiri haqqında məlumat verildi. Şagirdlər "Emosiyalar" adlı cizgi filmindən bir hissəni izlədilər, sonra müsbət və mənfi emosiyaların rəsmini çəkdilər və onları jest və mimika vasitəsilə ifadə etdilər. Şagirdlər mənfi emosiyalardan uzaq olmaq sağlamlıq üçün vacib olduğunu dərk etdilər, fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi