Məktəbdaxili monitorinqlər davam edir
Noyabrın 25 - də Məktəbin illik Fəaliyyət Planına əsasən şagird nailiyyətlərinin izlənilməsi məqsədilə növbəti monitorinq təşkil olundu. Bu dəfə 5 - ci sinif şagirdlərinin riyaziyyat fənni üzrə bilikləri sınağa çəkildi. Şagirdlərə açıq və qapalı tipli test tapşırıqları təqdim olundu.