9-cu siniflərdə monitorinq
Noyabrın 24 - də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyinin göstərişinə müvafiq olaraq məktəbin 9-cu sinflərinin ana dili, riyaziyyat və xarici dil fənləri üzrə 5 -6-cı sinflər səviyyəsində biliklərini ölçmək məqsədi ilə monitorinq keçirildi. Monitorinq sualları şagirdlərə 2 variantda təqdim edildi. Monitorinq 150 dəqiqə davam etdi. Aparılan monitorinqin məqsədi 9-cu sinif şagirdlərinin buraxılış fənlər üzrə mövcud çatışmazlıqlarını aşkarlamaq və bu istiqamətdə onlara lazımi köməklik göstərilməsinə nail olmaqdır.