"Biz imtahana qalib gələcəyik!" mövzusunda psixoprofilaktik seminar

Noyabrın 23 - də məktəbdə VI, IX, XI sinif şagirdlərinin iştirakı ilə "Biz imtahana qalib gələcəyik!" mövzusunda psixoprofilaktik seminar keçirildi.Psixoloq Nağıyeva Ruhiyyə imtahan həyacanının heçkimə yad olmadığını və imtahan nə qədər əhəmiyyətlidirsə , həyəcanın bir o qədər çox olduğunu bildirdi.İmtahanın uğurlu keçəcəyinə özünü yönəltmək, küyə düşməmək vacibdir. Şagirdlərin oxumasına mənfi təsir edən amillər, pozitiv düşüncə,qorxunu dəf etmək üçün psixoloji və fizioloji metodlar haqqında məlumat verildi.Psixoloq Mirzəyeva Elvira bir neçə texnikanı tətbiq etdi. Həmçinin imtahan vaxtı şagirdlərə nə edə biləcəklərinə dair tövsiyələr verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi