"Xeyirxahlıq və dözümlülük " mövzusunda psixoprofilaktik tədbir

21.11.2022-ci il tarixdə A.Səfərov adına 114 nömrəli tam orta məktəbdə psixoloq Nağıyeva Ruhiyyə X"b", X"p1" sinif şagirdlərinin iştirakı ilə Beynəlxalq Tolerantlıq Gününə həsr olunan "Xeyirxahlıq və dözümlülük " mövzusunda psixoprofilaktik tədbir keçirtdi. Psixoloq insanların müxtəlif sosial-mədəni köklərə,dini əqidələrə malik olduğunu qeyd etdi, həyatın istənilən problemi və hadisəsi haqqında , sözsüz ki, onların həmişə müxtəlif fikir və ideyaları olacağını vurğuladı. İnsanın baxış müxtəlifliyinə dözümlü münasibəti və öz mövqeyini ətrafdakılara hörmətlə ifadə etməsi mühüm əhəmiyyət kəsb etdiyini bildirdi. Şagirdlər mövzu ilə bağlı fikirlərini söylədilər. Təqdimat nümayiş olundu, suallar cavablandırıldı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi