"Təbiəti qoruyanlar" layihəsi çərçivəsində tədbir
Məktəbin illik Fəaliyyət Planına uygun olaraq "Təbiəti qoruyanlar" layihəsi çərçivəsində müntəzəm olaraq əkilən ağaclara, güllərə, bitkilərə şagirdlər tərəfindən qulluq edilməsi qaydalarının öyrənilməsi həyata keçirilir.
Noyabrın 4 - də məktəbin bir qrup şagirdi məktəbdə və məktəbyanı sahədə ağaclara, bitkilərə qulluq edərək, onları saralmış yarpaqlardan təmizləyib, gövdəsində quruma, zəifləmə müşahidə olunan ağac və bitkiləri suvarmışlar.
Layihənin məqsədi təhsilalanların ekoloji maarifləndirilməsi, bu sahə üzrə biliklərinin və tədqiqatçılıq bacarıqlarının artırılmasıdır..