"Məişət zorakılığına yox deyirik!" adlı psixoprofilaktik tədbir
Oktyabrın 21 - də məktəbdə psixoloq Nağıyeva Ruhiyyə VIII-IX sinif şagirdlərinin iştirakı ilə "Məişət zorakılığına yox deyirik!" adlı psixoprofilaktik tədbir keçirtdi. Şagirdlərə məişət zorakılığı nədir, növləri, məruz qaldıqda nə etməli, yardım və sığınacaqlar və s. haqqında məlumat verildi. Tədbirdə vurğulandı ki, erkən nikah da zorakılıqdır, onun acı fəsadları var. Mövzu ilə bağlı şagirdlər öz fikirlərini bildirdilər, müzakirə aparıldı, suallar cavablandırıldı. Təqdimat və videoçarx nümayiş olundu.