Mütaliəni sevirik!
"Məktəbin illik fəaliyyət planı" na əsasən məktəb kitabxasında mütaliə ilə bağlı tədbirlərin təşkili davam edir
Oktyabrın 20 - də kitabxanaçıların və sinif müəllimlərinin iştirakı ilə kiçik yaşlı şagirdlərin kitabxana ilə tanışlığı təşkil olundu. Şagirdlərə onları maraqlandıran mövzularda azərbaycan və dünya ədəbiyyatından, vətənpərvərlik ruhunda əsərlər və yaş həddini nəzərə alaraq nağıl kitabları da təqdim olundu. Bu cür tədbirlərin təşkilində məqsəd şagirdlərin kitabxanaya və mütaliəyə olan marağını artlrmaqdır.