Psixodiaqnostik iş
06 - 19 oktyabr tarixlərində məktəbin psixoloqları Nağıyeva Ruhiyyə və Mirzəyeva Elvira psixodiaqnostik iş istiqamətində V - XI sinif şagirdləri ilə anket sorğusu təşkil ediblər. Məqsəd psixi durumu qeyri -sabit olan, zəif iradi keyfiyyətlərə malik olan şagirdlərin psixoloji problemlərini aşkar etmək idi. İstifadə olunan metodika vasitəsilə şagirdlərin emosional vəziyyətini,təşviş, frustrasiya, aqressivlik və s müəyyən olunmuşdur.