"Bullinqə yox deyək!" mövzusunda maarifləndirici seminar

Oktyabrın 18 - də məktəbdə VIII c sinif şagirdlərinin iştirakı ilə "Bullinqə yox deyək!" mövzusunda maarifləndirici seminar keçirildi. Psixoloq Nağıyeva Ruhiyyə bullinq davranışı, növləri, təsiri, qarşısının alınması yolları haqqında şagirdlərə məlumat verdi. Sonra şagirdlər bir neçə kiçik hekayə üzərində bullinqin mövcudluğunu araşdırdılar, növünü müəyyən etdilər, fikir mübadiləsi apardılar. Bullinqin həlli yolları nəzərdən keçirildi. Seminarda Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilmiş" Mənimlə danış!" kampaniyasının videoçarxı, bullinq mövzusunda təqdimat nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi