Buraxılış siniflərdə monitorinqlər davam edir.
Oktyabrın 17 - də "Məktəbin illik Fəaliyyət planı" na uyğun olaraq buraxılış siniflərinin ana dili, riyaziyyat və xarici dil fənləri üzrə şagirdlərin bilik, bacarıq, vərdişlərə yiyələnmə səviyyəsinin öyrənilməsi məqsədi ilə 9-cu siniflərdə sınaq test imtahanı keçirildi.
Şagirdlərə hər bir fənn üzrə açıq və qapalı tipli test tapşırıqları təqdim olundu.