"10 oktyabr - Ümumdünya Psixi Sağlamlıq Günü" nə həsr olunmuş maarifləndirici seminar
Oktyabrın 10 - da "Məktəbin illik fəaliyyət planı" na uyğun olaraq VIII - IX sinif şagirdlərinin iştirakı ilə "10 oktyabr - Ümumdünya Psixi Sağlamlıq Günü" nə həsr olunmuş maarifləndirici seminar təşkil olundu. Məktəbin psixoloqları Nağıyeva Ruhiyyə və Mirzəyeva Elvira mövzu ilə bağlı şagirdlərə ətraflı məlumat verdilər. Seminarda təqdimat nümayiş olundu, fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.