"20 noyabr- Uşaq Hüquqlarının Müdafiəsi Günü"
21.11.2016 - cı il tarixində məktəbimizdə "20 noyabr- Uşaq Hüquqlarının Müdafiəsi Günü" nə həsr olunmuş"dəyirmi masa keçirildi. 5,6,7 - ci sinif şagirdləri BMT-nin Uşaq Hüquqları Konvensiyasının müddəaları haqqında öz fikirlərini bölüşdülər.5- ci sinif şagirdi Novruzova Ceyran "Mən öz hüquqlarımı necə qorumalıyam" və 6-cı sinif şagirdi Məmmədova Rəqsanə"Hüquqlarımız qorunur" mövzusunda məruzə ilə çıxış etdilər. Dəyirmi masa məktəbin psixoluqu Nağıyeva Ruhiyyənin şagirdlərə göstərdiyi təqdimatla yekunlaşdı.