Psixodiaqnostik iş
01.06 - 09.06. 2022 - ci il tarixlərdə məktəbdə psixoloq Nağıyeva Ruhiyyə fərdi və qrup formada IV, V, VI, VII, VIII sinif şagirdləri ilə psixoprofilaktik,psixodiaqnostik,psixokonsultativ və psixokorreksiya işləri təşkil etdi. Psixoloq V "J" sinif şagirdləri ilə aqressiyanı mismarlama metodikasını tətbiq etdi. Məqsəd bəzi şagirdlərdə kontrol edilməyən davranışı dəyişmək, məsuliyyət hissini aşılamaq, müsbət alternativ yaratmaq idi.