“Ekoloji klub” un yaradılması
"Məktəbin illik fəaliyyət planı" na əsasən "Təbiəti qoruyanlar" adlı layihə çərçivəsində şagird layihələrinin həyata keçirilməsi ilə bağlı məktəbin 7-ci siniflərinin təşəbbüsü ilə məktəb daxilində “Ekoloji klub” yaradılmışdır. Klubun yaradılmasında məktəbin ibtidai sinif müəllimi Həmidova Reyhan şagirdlərə yaxından köməklik göstərmişdir. Mayın 20 - də "Ekoloji klub" un ilk görüşü təşkil olundu. İlk görüş maarifləndirici əhəmiyyətə malik idi. Şagirdlər mövzu ilə bağlı məlumatlandırıldılar və növbəti görüşlər üçün fəaliyyət planı tərtib etdilər.