"Bullinqə yox deyək!" mövzusunda psixoprofilaktik iş
Mayim 10 - u və 19 - da məktəbdə VII "E" sinif şagirdlərinin iştirakı ilə "Bullinqə yox deyək!" mövzusunda psixoprofilaktik iş təşkil olundu. Psixoloq Nağıyeva Ruhiyyə bullinq davranışı, təsiri, növləri, qarşısının alınması haqqında ətraflı məlumat verdi. Şagirdlər mövzu ilə bağlı öz fikirlərini bildirdilər, bir neçə bullinq davranışı nümunə üzərində müzakirə olundu, şagirdlərin sualları cavablandırıldı. Sonda "Dərs" filmi nümayiş olundu.