"Sağlam bədəndə sağlam ruh" mövzusunda nümunəvi dərs
Aprelin 12 - də məktəbin ibtidai sinif müəllimləri Aqamədova Əzizə və Cəlalova Həlimə 2 "D" və 1 "Ç" sinif şagirdlərinin iştirakı ilə "Sağlam bədəndə sağlam ruh" mövzusunda nümunəvi dərslər təşkil etdilər. Dərslərin təşkilində məqsəq şagirdlərə sağlam olmaq üçün düzgün qidalanmağın yeganə vasitə olmadığını anlatmaqdan ibarət idi. Sağlam olmaq üçün həmçinin gigiyena qaydalarına əməl etməyin və rejimlə yatıb durmağın, təmiz havada gəzməyin, idmanla məşğul olmağın faydaları haqqında məlumat verildi. Dərs müddətində şagirdlər mövzu ilə bağlı hazırladıqları təqdimat və səhnəcikləri nümayiş etdirdilər.