"Sağlam qida - sağlam həyat!" mövzusunda psixoprofilaktik iş
Aprelin 11 - də məktəbin psixoloqu I "B" ST sinfində "Sağlam qida - sağlam həyat!" mövzusunda psixoprofilaktik iş təşkil etdi. Psixoloq Nağıyeva Ruhiyyə sağlam həyat tərzinin gümrah yaşamaqda və xəstəliklərdən uzaq olmaqda olduğunu vurğuladı. Düzgün qidalanma, sağlam həyat tərzi, vitamin, mikroelement və həyat enerjisi qidaları haqqında söhbət açdı və bunu nəzərə alaraq kalorili, faydalı və ekoloji cəhətdən təmiz qidalar qəbul edilməsinə xüsusi fikir vermək lazım olduğunu qeyd etdi. Şagirdlər meyvə və tərəvəzlərin faydası haqqında danışdılar.