"Gigiyena sağlamlığın əsasıdır"  mövzusunda maarifləndirici seminar

Aprelin 7 - də məktəbdə IV "A" ST sinif şagirdlərinin iştirakı ilə 7aprel - Ümumdünya Sağlamlıq Gününə həsr olunan  "Gigiyena sağlamlığın əsasıdır"  mövzusunda maarifləndirici seminar təşkil olundu. Məktəbin  psixoloqu  Nağıyeva Ruhiyyə  çagirdlərə Gigiyena  elmi haqqında məlumat verdi və  gigiyena qaydalarına əməl etməyin əhəmiyyətini vurğuladı. Sinir sistemini qorumaq üçün təmiz havada gəzmək, düzgün qidalanmaq, idmanla məşğul olmaq və digər şərtlər haqqında söhbət açdı. Şagirdlər mövzu ilə bağlı hazırladıqları təqdimat üzərində çıxış etdilər. " SağlamTəhsil -Sağlam Millət" layihəsinin metodisti Nurullayeva Elfira maarifləndirici işin əhəmiyyəti haqqında şagirdləri məlumatlandırdı. Məktəbin tibb bacısı Quliyeva Püstə yoluxucu xəstəliklərdən qorunmağın yolları ətraflı danışdıqdan sonra şagirdlərə kitab oxuyarkən göz qüsuru əmələ gəlməsin deyə əməl edəcəkləri qaydalar və digər tövsiyələr verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi