"Münaqişələr və onun həlli yolları" mövzusunda psixoprofilaktik iş
Martın 30 - da məktəbdə VIII - IX sinif şagirdlərinin iştirakı ilə "Münaqişələr və onun həlli yolları" mövzusunda psixoprofilaktik iş təşkil olundu.. Psixoloq Nağıyeva Ruhiyyə şəxsiyyətdaxili, şəxslərarası, qrupdaxili, etnik, dini münaqişələr növləri haqqında şagirdlərə məlumat verdi. Münaqişələr nəticədən asılı olmayaraq heç bir tərəfə fayda vermir. Münaqişələrin ən təhlükəli və faciəvi nəticələrdən biri müharibədir. Məqsəd və nəticələrdən asılı olmayaraq bütün müharibələr insanlara fəlakət, əzab gətirir. Şagirdlər mövzu ilə bağlı öz fikirlərini bildirdilər, münaqişələrin həlli yolları müzakirə olundu, suallar cavablandırıldı.