"Əxlaqın insan həyatında rolu" mövzusunda dəyirmi masa
Martın 28 - də məktəbdə VIII - IX sinif şagirdlərinin iştirakı ilə "Əxlaqın insan həyatında rolu" mövzusunda dəyirmi masa təşkil edildi.Məktəbin psixoloqu Nağıyeva Ruhiyyə ümumbəşəri dəyərlərin, əxlaqi məsuliyyətin, əxlaqi borcun əhəmiyyəti haqqında söhbət açdı. Şagirdlər "Əxlaq insanın həyatına, fəaliyyətinə necə təsir edir?" , "İnsanın geyimi ilə əxlaqı arasında bir əlaqə varmı?" və digər sualları cavablandırdılar, fikir mübadiləsi aparıldı.