Dərsdinləmələr davam edir
Martın 10 - da məktəbdə Rəqəmsal bacarıqlar və STEAM layihəsi üzrə dərslər izlənildi. Şagirdlərin İKT bacarıqlarına dərindən yiyələnməsi, onların informasiya məkanında sərbəst və məqsədyönlü fəaliyyətinə nail olması, rəqabətqabiliyyətli, məntiqi və qeyri standart düşüncə tərzinə malik şəxslər kimi formalaşdırılmasını təmin edir.
STEAM təhsili təhsil layihə əsaslı, praktik, fənlərarası yanaşma təklif edir. Beləliklə düşündüklərini həyata keçirə biləcək yenilikçi, yaradıcı və məhsuldar bir şəxsiyyət yetişdirmək məqsədi daşıyır.