"Stress insanın psixoloji adaptasiyasına reaksiyasıdır" mövzusunda məşğələ
Martın 9 - da məktəbdə psixoloq Nağıyeva Ruhiyyə VIII - IX sinif şagirdlərinin iştirakı ilə "Stress insanın psixoloji adaptasiyasına reaksiyasıdır" mövzusunda məşğələ təşkil etdi.. Şagirdlər testi tapşırıqlarını yerinə yetirdilər, nəticələr ilə tanış oldular. Psixoloq stressin özü - özlüyündə ziyanlı olmadığını, hətta zəruri uyğunlaşma reaksiyası olduğunu vurğuladı. Stress ancaq uzun müddət davam etdikdə təhlükəlidir. Əgər insan stressin acı nəticələrindən qaçmaq istəyirsə ,onun öhdəsindən gəlməyi öyrənməlidir. Streslə mübarizə aparmağın şərtlərindən biri öz vəziyyətinə nəzarət etməkdir. Sonra "Göy qurşağı " tapşırığı və meditativ texnika tətbiq olundu.