İlk dərslər Xocalı soyqırımına həsr olundu
Fevralın 26 - da məktəbdə ilk dərslər Xocalı soyqırımına həsr olundu
"Məktəbin Fəaliyyət Planı" na uyğun olaraq şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği məqsədi ilə keçirilən dərslərdə şagirdlərə Xocalı faciəsi haqqında geniş məlumat verildi. Şagirdlər Vətənpərvərlik mövzusunda şeirlər səsləndirib, hazırladıqları səhnəcikləri və təqdimatları nümayiş etdirdilər.