"Beynəlxalq Ana Dili Günü" nə həsr olunmuş dərslər
Fevralın 21 - də "Məktəbin illik fəaliyyət planı" na əsasən bütün siniflərdə ana dili və ədəbiyyat dərsləri "Beynəlxalq Ana Dili Günü" nə həsr olunmuşdur. Dərs müddətində şagirdlər Azərbaycan dilinin tarixinə, zənginliyinə , həsr olunmuş təqimatlar hazırlamış, şeirlər söyləmiş və səhnəciklər təqdim etmişlər. Bu cür dərs və məşğələlərin keçirilməsində məqsəd şagirdlərimizin ana dili biliklərinə mükəmməl səviyyədə yiyələnməsidir.