"Peşə seçimində səhv etmə!" mövzusunda psixoprofilaktik iş

Fevralın 18 - də məktəbin psixoloqu Nağıyeva Ruhiyyə IX sinif şagirdlərinin iştirakı ilə "Peşə seçimində səhv etmə!" mövzusunda psixoprofilaktik iş təşkil etdi. Məqsəd şagirdlərə peşə seçimində düzgün istiqamət verərək, onları müasir dövrün tələblərinə uyğun peşələrə yönəltməkdir. Psixoloq müxtəlif peşələr üçün vacib olan keyfiyyətlər, peşə fəaliyyəti sahələri haqqında ətraflı məlumat verdi, həmçinin peşə seçimində temperament, xarakter və s. nəzərə alınmasını vurğuladı. Dəyirmi masa qarşılıqlı diskussiya şəraitində keçdi, şagirdlər sərbəst şəkildə öz fikirlərini bildirdilər, suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi