"Emosiyalar və sağlamlıq" mövzusunda psixoprofilaktik və psixodiaqnostik iş
Yanvarın 29 - da məktəbdə I"C" ST sinif şagirdlərinin iştirakı ilə "Emosiyalar və sağlamlıq" mövzusunda psixoprofilaktik və psixodiaqnostik iş keçirilib. Psixoloq Nağıyeva Ruhiyyə şagirdlərin yaş xüsusiyyətini nəzərə alaraq onlara müxtəlif emosiyalar və onların insan sağlamlığına təsiri haqqında ətraflı məlumat verdi. Şagirdlər mənfi emosiyalardan uzaq olmaq sağlamlıq üçün vacib olduğunu dərk etdilər. Şagirdlər mənfi və müsbət emosiyaları rəsm və çıxışları ilə ifadə etdilər.