"Bullinqə yox deyək!" mövzusunda maarifləndirici tədbir

Dekabrın 14 - də  məktəbdə VI - VIII sinif şagirdlərinin iştirakı ilə "Bullinqə yox deyək!" mövzusunda maarifləndirici tədbir keçirildi. Psixoloq Nağıyeva Ruhiyyə bullinq davranışı, təsiri, növləri, qarşısı alınması haqqında ətraflı məlumat verdi.İnteraktiv formada keçirilən tədbirdə şagirdlər fəal iştirak etdilər, fikir mübadiləsi aparıldı.  Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilmiş "Mənimlə danış!"  kampaniyasının videoçarxı, bullinq mövzusunda təqdimat nümayiş olundu. Tədbirdə TİÜDM Ələskərova Nailə, müəllimlər Əhmədova Kifayət, Zeynalova Günay, "Məktəblinin dostu" layihəsinin əməkdaşı İbrahimli Şəlalə iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi