Uğurlarımız davam edir!
Məktəbimizn ingilis dili müəllimi Heydərova İlahə ölkə Prezidenti cənab İlham Əliyevin 5 oktyabr 2021-ci il tarixli sərəncamı ilə Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalına layiq görülüb. Dekabrın 7-də Bakı şəhəri 20 nömrəli məktəb-liseydə bir qrup təhsil işçisinə dövlət təltiflərinin təqdim olunması mərasimi keçirilib. Tədbirdə təhsil naziri Emin Əmrullayev çıxış edərək fəxri adlara layiq görülən təhsil işçilərini təbrik edib. Tədbirin sonunda təltif edilən təhsil işçilərinə, eyni zamanda Heydərova İlahəyə də medal və vəsiqə təqdim olunub.