Sinif rəhbərləri ilə psixokonsultativ iş
Noyabrın 25 - də məktəbdə VI-VII sinif rəhbərlərinin iştirakı ilə görüş keçirildi. Məktəbin psixoloqu Nağıyeva Ruhiyyə "risk qrupu"na daxilolma ehtimalı olan şagirdlərlə aparılacaq psixoprofilaktik, diaqnostik,konsultativ işin təşkilində təşkilati - koordinasiya işinin güclənməsi, şagirdlər arasında şəxsi münasibətlərin tənzimlənməsi və s.məsələlər haqqında məlumat verdi, həmçinin təlim prosesində hər bir şagirdin nailiyyətinə nəzarət etmək, onlara vaxtında kömək göstərməyin vacibliyini qeyd etdi. TTİDM Ələskərova Nailə də sinif rəhbərlərinə təhlil - proqnozlaşdırma işinin təşkili ilə bağlı tövsiyə verdi.