"Xeyirxahlıq və dözümlülük " mövzusunda psixoprofilaktik tədbir
Noyabrın 17 - də "Məktəbin illik fəaliyyət planı" na əsasən VIII- IX sinif şagirdlərinin iştirakı ilə Beynəlxalq Tolerantlıq Gününə həsr olunan "Xeyirxahlıq və dözümlülük " mövzusunda psixoprofilaktik tədbir keçirildi. Psixoloq insanların müxtəlif sosial-mədəni köklərə,dini əqidələrə malik olduğunu qeyd etdi, həyatın istənilən problemi və hadisəsi haqqında ,sözsüz ki, onların həmişə müxtəlif fikir və ideyaları olacağını vurğuladı. İnsanın baxış müxtəlifliyinə dözümlü münasibəti və öz mövqeyini ətrafdakılara hörmətlə ifadə etməsi mühüm əhəmiyyət kəsb etdiyini bildirdi. Mövzu ilə bağlı fikir mübadiləsi aparıldı. Təqdimat nümayiş olundu, suallar cavablandırıldı.