"Biz qələbənin varisləriyik!" mövzusunda konfrans

Noyabrın 3- də "Məktəbin illik fəaliyyət planı" na əsasən 8 Noyabr - "Zəfər Günü" nə həsr edilmiş "Biz qələbənin varisləriyik!" mövzusunda konfrans keçirildi. Konfransda TTİDM, tarix müəllimi Quliyev Kənan, TTİDM Nurullayeva Elfira, məktəbin psixoloqu Nağıyeva Ruhiyyə, IX-XI sinif şagirdləri iştirak etdilər. X "A" sinif şagirdləri Novruzova Ceyran, Cabbarov Ramal, Feyziyev İlkin, X "B" sinif şagirdləri Eyvazova Zeynəb, Qurbanov Murad, Şixəliyeva Aytən, Yolçiyev Əşrəf  - "Dəmir yumruq əməliyyatı", "Gəncə, Bərdə, Tərtər-mülki əhaliyə qarşı terror", "Müasir hərb tarixində misli görünməmiş Şuşa əməliyyatı",

"Kinomotoqrafiyada Qarabağ müharibəsinə həsr olunan filmlər", "Milli qəhrəmanlarımız" mövzuları üzrə çıxışlar etdilər.

Tarix müəllimi Quliyev Kənan çıxışında Azərbaycanın hərbi üstünlüyünü xüsusi qeyd etdi. TTDİM Nurullayeva Elfira kiber hücumlar haqqında söhbət açdı. Psixoloq Nağıyeva Ruhiyyə əsgərlərimizin psixoloji hazırlığı və döyüşlərdə onun əhəmiyyəti haqqında danışdı.Təqdimatlar və videomateriallar nümayiş olundu, suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi