Psixodiaqnostik iş
15 - 29 Oktyabr tarixlərində məktəbdə psixoloq illik fəaliyyət planına əsasən V - XI siniflərdə psixi durumu qeyri - sabit olan, zəif iradi keyfiyyətlərə malik olan şagirdləri aşkar etmək məqsədilə psixodiaqnostik iş keçirdi. Test vasitəsilə təşvişin, aqressiyanın olub olmaması, yeni şəraitin tələblərinə mənfi münasibətin mövcudluğu müəyyən olundu.