"Biz zərərli vərdişlərə yox deyirik!" adlı psixoprofilaktik tədbir

Oktyabrın 21 - də "Məktəbin illik fəaliyyət planı" na əsasən məktəbin psixoloqu VII-XI sinif şagirdlərinin iştirakı ilə "Biz zərərli vərdişlərə yox deyirik!" adlı psixoprofilaktik tədbir təşkil etdi.

Məktəblilərin zərərli vərdişlərdən qorunması, onlarda sağlam həyat tərzinin formalaşdırılması məqsədilə keçirilən tədbirdə TTİDM Ələsgərova Nailə, psixoloq Nağıyeva Ruhiyyə, tibb bacısı Quliyeva Püstə iştirak etdilər. Psixoloq zərərli vərdişlərin insan həyatında yaratdığı acı fəsadlar, psixikaya təsiri və s haqqında ətraflı məlumat verdi. Şagirdlər mövzu ilə bağlı fikir mübadiləsi apardılar. Tədbirdə təqdimat, videoçarxlar nümayiş olundu, şagirdləri maraqlandıran suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi