"Kiçik Akademiya"
Mayın 26 - da "Məktəbin illik fəaliyyət planı"na əsasən məktəbdə fəaliyyət göstərən "Kiçik Akademiya" üzvlərinin təşkilatçılığı ilə növbəti layihə həyata keçirildi. 6, 7 və 8 ci sinif şagirdlərinin təqdim etdikləri "Azərbaycanın qədim dövlətçilik ənənələrinin zaman oxu üzərində xranalogiyalaşdırılması" mövzusuna hazırlanmış təqdimatları "Kiçik Akademiya" nın təşkilatçıları Cəfərova İradə və Əzizova Vəfanın rəhbərliyi ilə ərsəyə gəldi. Keçirilən növbəti görüş zamanı mövzu ilə bağlı videoçarx da nümayiş olundu.