Məktəbin idman nailiyyətləri.
Bizim gələcəyimiz gənclərə məxsusdur. Biz bu gün yaşayırıq. Bu gün dövləti, milləti idarə edirik, amma sabahı da düşünməliyik. Gələcək üçün biz sağlam gənclik hazırlamalıyıq. Fiziki cəhətdən sağlam, mənəvi, əqli cəhətdən sağlam, düşüncəli gənclər hazırlamalıyıq. Bunlar da məhz bu cür komplekslərdə yaranır. Bu, gəncləri narkotiklərdən, spirtli içkilərdən istifadə etməkdən çəkindirəcəkdir. Lazımdır ki, gənclər, fiziki cəhətdən sağlam olsunlar. Bu kompleksdə gənclər üçün bunu təmin etmək mümkün olacaqdır. Ona görə bunun həm böyük siyasi, həm iqtisadi, həm də sosial əhəmiyyəti var.