"Kompüter əsri olsa da, kompüterin əsiri olmayaq və sosial şəbəkələrdən təhlükəsiz istifadə” mövzusunda maarifləndirici vebinar

Aprelin 29 - da məktəbin psixoloqu Nağıyeva Ruhiyyə, TTİDM Ələskərova Nailə, tarix müəllimi Tahirova Təranə VI - VII sinif şagirdlərinin iştirakı ilə "Kompüter əsri olsa da, kompüterin əsiri olmayaq və sosial şəbəkələrdən təhlükəsiz istifadə” mövzusunda maarifləndirici vebinar keçirtdi. Psixoloq internetdən, sosial şəbəkələrdən, kompüter və telefonlardan təhlükəsiz istifadə qaydaları və s.haqqında məlumat verdi. İnteraktiv formada keçən görüşdə şagirdlərlə kompüter və sosial şəbəkələrin müsbət və mənfi tərəfləri müzakirə olundu, fikir mübadiləsi keçirildi. Təqdimat ,videoçarx nümayiş olundu, suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi