“Erkən nikah və onun fəsadları” mövzusunda psixoprofilaktik iş
Fevralın 23 - də məktəbin psixoloqu Nağıyeva Ruhiyyə onlayn formada IX ”A” sinif şagirdlərinin iştirakı ilə “Erkən nikah və onun fəsadları” mövzusunda psixoprofilaktik iş təşkil etdi. Psixoloq erkən nikahın fəsadları haqqında ətraflı məlumat verdi, qeyd etdi ki, erkən nikah yarımçıq qalan təhsil, gələcək perspektivin olmaması və s. problemlərə gətirib çıxarır. Mövzu ilə bağlı təqdimat nümayiş olundu, suallar cavablandırıldı və fikir mübadiləsi aparıldı.