“Virusla mübarizədə qalibəm!” rəsm müsabiqəsi
Dekabr ayı ərzində məktəbin psixoloqu Nağıyeva Ruhiyyə onlayn formada müxtəlif siniflədən şagirdlərinin iştirakı ilə “Virusla mübarizədə qalibəm!” rəsm müsabiqəsi keçirdi. Məqsəd şagirdlərin pandemiya şəraitində virusla mübarizədə onların obrazlı təxəyyülünün müəyyən edilməsi idi. Uşaqlar rəsm işləri vasitəsilə koronavirus infeksiyasının bütün dünyaya mənfi təsirini, eyni zamanda, onunla mübarizə aparan qəhrəmanları göstərməyə çalışıdılar.